AZ

Stoltenberq: Ukraynanın Rusiyanın hərbi obyektlərini vurmaq hüququ var

"Ukraynanın özünü müdafiə hüququna Ukraynadan kənarda qanuni hərbi obyektlərin vurulması da daxildir".

“İki sahil” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Rusiyanın apardığı təcavüzkar müharibədir və Rusiya öz qonşusuna hücum edib. Ukraynanın özünü müdafiə hüququ var və buraya Ukraynadan kənarda qanuni hərbi obyektlərin vurulması da daxildir. Ukraynaya hücum edən təyyarələrin vurulması Ukraynanın özünümüdafiə hüququnun bir hissəsidir", - o qeyd edib.

NATO Baş katibi deyib ki, Ukraynanın müxtəlif səviyyələrdə havadan müdafiə sistemləri var ancaq bu kifayət deyil, onlara daha çox və hərtərəfli havadan müdafiə sistemləri lazımdır.

Seçilən
68
3
Mənbələr
Şərh ()
Bağla