AZ

Qəza törədən sürücü həmişə günahkardır?

Ölkəmizdə 2 milyona yaxın avtomobil var. Bakı şəhəri nəqliyyat  vasitələrinin çox və sıx hərəkət etdiyi ölkədir.

Ona görə də tez-tez yol nəqliyyat hadisələri olur.

Bəs hansı hallarda sürücü günahkar hesab edilmir?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Şamil Paşayev bildirib ki, əgər sürücü spirtli içki və narkotik maddə qəbul etməyibsə, sənədləri qaydasındadırsa, qəza zamanı telefonla danışmayıbsa və yol hərəkəti qaydalarına əməl edibsə müqəssir sayılmır:

“Yüngül xəsarətlər ümumiyyətlə ağır cinayət hesab edilmir. Az ağır və ağır xəsarətlər isə Cinayət Məcəlləsinin 236.1 və 236-1-ci maadəsi ilə tənzimlənir. Hələ bu xəsarətlərin olması sürücünün cinayət törətməsi anlamına gəlmir. Ekspertiza zamanı qarşı tərəfə dəyən zərərin nədən törənməsi araşdırılır və buna əsasən qəzazədələr haqqında  qərar verilir”, deyə o bildirib.

Murad

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla