AZ

“Cəbrayıl” 1-ci liqaya hazırlaşır? – açıqlama

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 21-ci turun oyunları bu gün yekunlaşır.

1-ci liqaya yüksəlmək uğrunda gərgin mübarizə davam edir.

Lider “Bakı Sportinq”dən 3 xal geridə olan “Cəbrayıl” da cari mövsüm uğurlu nəticələrlə azarkeşlərini sevindirməyi bacarır. Komanda srağagün Ağdaş şəhər stadionunda “Ağdaş”la qarşılaşmadan qalib ayrılaraq (1:3 - red.), xalını 46-ya çatdırdı. Belə davam edərsə, növbəti turlarda “Cəbrayıl”ın liderliyi ələ alması mümkündü. Bu halda 1-ci liqaya yüksəlmək yolunda əsas maneə uzun müddətdi lider kimi davam edən “Bakı Sportinq” olacaq. Bəs bölgə təmsilçisi rəqabətə necə hazırlaşır? Bununla bağlı “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovun fikirlərini öyrəndik. O, “Football-plus.az”a açıqlamasında həm ötən matçdan, həm də 1-ci liqa üçün hazırlıqdan danışdı:
“Səfər oyunlarımızın hər biri ağır keçir. Rəqiblərimiz bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparır. “Ağdaş”la matçda 3 xal bizə hava-su kimi lazım idi. Ona görə meydanda mümkün olduğu qədər öz futbolumuzu oynamağa çalışdıq. Qələbə qazandıqımıza görə sevincliyik. Hazırda ilk pillə üçün 3 xalım çatmır. Amma etiraf edək ki, “Bakı Sportinq” bu gün 1-ci pillədədisə, deməli, kifayət qədər güclüdü. Əlbəttə, bundan sonrakı turlarda irəliləmək asan olmayacaq. Hələ çempionluqla bağlı planlar qurmamışıq. Çünki bundan sonra bizi çətin və maraqlı mübarizə gözləyir. 1-ci liqaya namizəd kimi lisenziyalaşdırma üçün lazımi sənədləri verməklə müraciət ünvanlamışıq”.


Cavid Hüseynov hazırda müzakirə mövzusuna çevrilən premyer-liqada komanda sayının artırılmasına da münasibət bildirdi. O, bu dəyişiklikliyin 1-ci və 2-ci liqada necə nəticələnəcəyindən söz açdı:
“Premyer-liqada komanda sayı artarsa, bu o deməkdi ki, 1-ci, eləcə də 2-ci liqaya az təsir etmiyəcək. Təbii ki, yaxşı mənada. Bu, həm də yerli məşqçilər üçündə bir şansdı. Daha yaxşı olar ki, gənc, yeniliyə açıq olan məşqçilərə yol açılsın, onlara üstünlük verilsin. Bir sözlə, hər liqada say artırılsa, müsbət təsiri olar”.


RÖYANƏ OĞUZ
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla