AZ

Beynəlxalq Olimpiya Komitəsi ruslara qarşı çağırış edib..?

...Rusiya prezidenti Vladimir Putin Ümumdünya Dostluq Oyunlarının Rusiya Federasiyasında keçirilməsi haqqında qanunu imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yarış sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək. Yarışiştirakçıların sayının 5,5 min nəfər olduğu bildirilir.

Oyunların hazırlanması və keçirilməsi üçün vəsait federal, regional və yerli büdcələrdən, həmçinin büdcədənkənar mənbələrdən ayrılacaq.

Ümumi mükafat fondu 4,6 milyard rubl qiymətləndirilir. Bundan əlavə, layihə ölkələr arasında idman əməkdaşlığı, Oyunların təbliği və populyarlaşdırılması məsələləri ilə məşğul olan IFA - Beynəlxalq Dostluq Assosiasiyası konsepsiyasını təqdim edəcək.

Qeyd edək ki, Dostluq Oyunlarının keçirilməsi ideyası Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra rusiyalı idmançıların beynəlxalq yarışlardan kənarda qalması fonunda yaranıb.

Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsi artıq idmançıları Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.

Nazlı

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla