AZ

Qubada leysan YAĞIB 

Qubada son iki gündə müşahidə edilən isti hava bu gün yerini doluya verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Xınalıq və Bostankeş kəndlərinə günün 2-ci yarısında dolu düşüb və güclü leysan yağıb.

Qeyd edək ki, günün birinci yarısında və dolu yağanadək Qubada 27, ötən gün isə 31 dərəcə isti müşahidə edilib. 
Dolu və leysanın fəsadları barədə məlumat yoxdur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla