AZ

Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün reallığıdır -Bəhruz Məhərrəmov

Dövlətimizin başçısı özünün düşünülmüş addımları ilə milli maraqları, xalqının və dövlətin mənafelərini qətiyyətlə qoruyur. Rusiya Federasiyası sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3, 4 və 6-cı maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmişdi. Sülhməramlı kontingentin Azərbaycan ərazisindən barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarın qəbul edilməsi ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, yalnız O, özü bilir. Bu reallıq həm də proqnozları ilə Azərbaycan daxilində və Azərbaycan-Rusiya münasibətlərində gərginliyə yol açmaq istəyənlərin nə qədər qərəzli olduğunu bir daha sübut etdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Deputat qeyd edib ki,  Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasında ən əhəmiyyətli olan amil bu prosesin Azərbaycan-Rusiya münasibətlərini zədələmədən baş verməsidir.  B.Məhərrəmov əlavə edib ki,  Rusiya və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, tarixi ənənələr, dərin mədəni və humanitar əlaqələr bağlayır. Etiraf etməliyik ki, Rusiya özlüyündə dünyanın ayrı bir qütbüdür və indiki həssas dönəmdə Moskva ilə bərabərhüquqlu münasibətləri təmin etmək sadə məsələ deyil. Lakin ötən dövrdə Azərbaycan nəinki bunu bacardı, üstəlik Prezident İlham Əliyev sülhməramlıların Qarabağ iqtisadi rayonunda mövcudluğunu Bakı ilə Moskva arasında əlavə intensiv təmas imkanı kimi fürsətə çevirdi. Təsadüfi deyil ki, ayrı-ayrı mərhələlərdə sülhməramlıların Qarabağdakı fəaliyyətinin narahatlıq doğurmasına, eyni zamanda prosesləri Azərbaycanın əleyhinə çevirmək istəyən çoxsaylı qüvvələrin cəhdlərinə baxmayaraq Azərbaycan Prezidenti Vətən müharibəsindən sonrakı dövrdə, cəza tədbirləri, habelə 2023-cü ilin antiterror əməliyyatlarını məhz Rusiya hərbi kontingentinin mövcudluğu şəraitində zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş şəkildə reallaşdırdı.

Şəmsiyyə Əliqızı "İki sahil"

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla