AZ

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Kənd

Bakı, 19 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər “portal.edu.az” üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər.

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Sənəd qəbulu prosesinə aprelin 16-da saat 11:00-dan etibarən start verilib. Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq. Qəbul aparılan ixtisaslarla https://edu.gov.az/az/news-and-updates/20972-1 linki vasitəsilə tanış olmaq olar.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla