AZ

Hakan Fidan Abdullahianla danışıqlar APARDI

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı XİN başçıları regiondakı son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Türkiyənin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginliklə bağlı növbəti bəyanatla çıxış edib.

Regiondakı hadisələrin uzun müddətli böhrana çevrilməsi riskinə diqqət çəkən nazirlik bütün tərəfləri “böyük münaqişədən” çəkinməyə çağırıb.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla