AZ

Ruben Vardanyan aclıq aksiyasına başlayıb

“Dağlıq Qarabağ” separatçılarını maliyyələşdirən Ruben Vardanyan aprelin 5-dən Bakı həbsxanasında aclıq aksiyasına başlayıb. Bunu Vardanyanın “Telegram” kanalında ailəsi yayıb.

Həmin məlumatda ailəsinin tələbi də öz əksini tapıb: “Onu və bütün digər erməni siyasi məhbuslarını dərhal və qeyd-şərtsiz azad edin”.

Azərbaycanlı politoloq Fərhad Məmmədov “Telegram” kanalında bu məlumata reaksiya bildirib: “Belə xəbərlər bir-iki günlük informasiya xarakteri daşıyır, sonra heç nə. Yeməcəyiksə, yaşamaq üçün dəstək veriləcək. O, məhkəməyə diri lazımdır. Bu nə deməkdir?! Bu o deməkdir ki, rəsmi Bakıya başqa təzyiq mexanizmləri “işləməyib”. Terrorçuları maliyyələşdirmək sənin üçün pulların yuyulması deyil… Yox bir, Azərbaycan xalqından əfv diləmək əvəzinə… aclıq aksiyası… Sən Haydersən, yoxsa nə?!”.

Xatırladaq ki, Ruben Vardanyan qondarma “Dağlıq Qarabağ Respoblikası”nın “dövlət naziri” idi.

Azərbaycan Dövlət Sərhəd Xidməti Vardanyan 2023-cü il sentyabrın 27-də Qarabağdan Ermənistana doğru hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlayaraq Bakıya gətirmişdi.

Qeyd edək ki, aprelin əvvəllərində Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd olması ilə bağlı xəbərlər tirajlamışdı.

Qeyd edək ki, R.Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla