AZ

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan yazar qadınlarının "60 çiçək - bir çələng" adlı ədəbi almanaxının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi bədii hissə ilə başlayıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, kitabın tərtibçi və redaktoru Lətifə Məmmədova "60 çiçək - bir çələng" kitabı haqqında məlumat verib. Bildirib ki, almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, böyük Zəfərimizə həsr olunub.

Daha sonra kitab haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

“Ön söz”ün müəllifi, yazıçı-publisist Nüşabə Məmmədli çıxışında "60 çiçək - bir çələng" almanaxına 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, nağıl və xatirələrinin daxil edildiyini bildirib.

Tədbir digər çıxışlarla davam edib.

Qeyd edək ki, almanax “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə hazırlanıb.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla