AZ

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

ADPU

Bakı, 19 aprel, AZƏRTAC

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, şöbə müdiri Natalya Nenaşeva, baş mütəxəssisi Kristina Kondratyeva və Azərbaycandakı Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verib. Bildirilib ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Taisa Mamedova iştirak ediblər. Məqsəd ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mümkün linqvistik və akademik əməkdaşlığının müzakirəsi və müəllim hazırlığında mərkəzin metodik təcrübəsindən yararlanmaqdır.

Görüşdən sonra qonaqlar ADPU–nun tədris binası, eləcə də kitabxana və Heydər Əliyev muzeyi ilə tanış olublar.

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla