AZ

Baş məşqçilər günahkarların tapılmasını istədi – “mikroblar təmizlənməlidi”

1-ci liqanın 18-ci turunun MOİK – “Difai Ağsu” (3:1) matçının danışılmış oyun olmasıyla bağlı araşdırma aparıldığını yazmışdıq.

Xatırladaq ki, Asiya ölkələrindən birində qarşılaşmada 4 qolun vurulacağına böyük məbləğdə pul qoyulması şübhə doğurub.

Görəsən, baş məşqçilər mövzuyla bağlı nə düşünür?Onlar iddiaları necə dəyərləndirir?
“Football-plus.az” bu suallarla adı çəkilən komandaların çalışdırıcılarına müraciət etdi.

Qəzənfər Abbasov (MOİK):

“Lap yaxşı, qoy araşdırılsın. Günah kimindisə, tapılsın və cəzası verilsin. Həmin oyunda qələbə qazanmışıq. Ümumiyyətlə, bütün komandalar - rəhbərlikdən tutmuş futbolçulara qədər - əziyyət çəkir. Hansısa mikrobun zəhmətkeş insanların alın tərinə kölgə salmağa haqqı yoxdu. Bəli, belə mikroblar təmizlənməlidi. Bu cür əmələ imza atanlar cəzalanmalıdı. Elələrinə futbolçu adı yaraşmır”.


Elgiz Kərəmli (Difai Ağsu):

“Düzü, belə mövzuda mövqeyimi bildirmək istəməzdim. Xoşagəlməz haldı. Həqiqətən kiminsə görülən işə haqsızlıq etdiyinə inanmaq istəmirəm. Oyuna gəlincə, həmin matçda rəqibdən daha yaxşı çıxış etdik. Həm standart vəziyyətlərin sayında, həm istəkli çıxışda, həm də rəqabətdə MOİK-i üstələdik. Sadəcə, ani diqqətsizliklər qolla nəticələndi. Belə şübhə varsa, əlbəttə, araşdırılmalıdı və lazımi cəzalar verilməlidi. Komandamda elə futbolçuların olduğuna inanmıram. Lakin qarşıda 6 tur var və çempionat çox gərgin keçir. Varsa, tapılmalıdı ki, biz də işimizi bilək. Çünki komanda olaraq, ölkə futbolu üçün çalışırıq. Yenə də kollektivimizdə elə birinin olması ağlımın ucundan keçmir”.


KƏNAN BAHADIR
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla