AZ

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, hər gün "facebook" "Tik-Tok" "Instagram " platformalarında oxuduğumuz xəbərlər gündəlik bizi izləyir. İzlədiklərimiz bizik..İmkan vermeyin ki, sizin mənəvi zövqünüzü yad qüvvələr məhv etsin.

"Bəzən paylaşımdan çox yazılan rəylərdə vətəndaş müharibəsi başlayır.Əziz gənclər, nə olursa olsun kiminsə qeyri-etik rəyinə cavab yazmayın. Öz tolerantlığınızı qoruyun.Dövlət maraqlarımıza zidd rəy və yaxud mesaj görərkən dərhal bu durumu bildirin.Sizə olunan online dəvətlərin bu daha çox (bank hesabları, bizneslə bağlı) ilk növbədə hansı marağa söykəndiyini analiz edin. Sosial şəbəkə seqmentində ən doğru şəkildə yer alın. Süzgəci özünüz müəyyənləşdirin, Manipulyasiya edici xəbərlərdən qaçın.Unutmayın, ifadə azadlığı ilə tərbiyəsizlik tamamən başqa anlayışlardır".


BiG.Az
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla