AZ

4 kəndin qaytarılması iki məsələnin həllinə təkan verəcək - Şərh

“4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək. Bakı və İrəvan razılaşma əldə ediblər. Bu, Rusiya hərbi kontigentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır”.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, Cənubi Qafqazda danışıqlar yoluyla razılaşmalar əldə oldunduğunu qeyd edib:

“Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir”.

E.Şahinoğlu növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlar prosesinin sürətlənəcəyini deyib:

“Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq”.

Vasif
BakuPost
Seçilən
67
3
Mənbələr
Şərh ()
Bağla