AZ

Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR

“Bu gün Fransanın “bizimdir” deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya  Merovinqlər sülaləsinin əcdadları da yox idi”
 
Bu sözləri Moderator.az -a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib:
 
“Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Sakit okeanda, Avstraliya meterikinin şərqində, Yeni Zellandiyanın şimalında yerləşir. (Aydın görünməsi üçün ərazisini xəritədə sarı rənglə  və oxla qeyd etmişəm).
 
Buranı  1774-cü ildə mənim ən çox sevdiyim ingilis səyyahı Ceyms Kuk kəşf edib və öz əcdadlarının vətəni Şotlandiyanın qədim adı ilə adlandırıb.  Bundan 79 il sonra isə Fransa buranı tam zəbt edərək, öz mülkü elan edib. 
 
Fransa Yeni Kaledoniyanı həm strateji hərbi mövqeyinə görə, həm də təbii resurslarına görə caynağından buraxmaq istəmir. Çünki Yeni Kaledoniyanın iqtisadiyyatı əsasən nikel hasilatına əsaslanır. Eyni zamanda dəmir yataqları ilə zəngindir. Bundan əlavə, burada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun, mis filizlərinin yataqları var. 
 
Sənaye sahələrində nikel və dəmir mədənçıxarma, əlvan metallurgiya, balıqçılıq üstünlük təşkil edir. Tuürizm isə nikell hasilatından sonra ən gəlirli sahə hesab edilir. Kənd təsərrüfatında qəhvə ağacları, kokos ağacları, kartof, becərilməsi üstünlük təşkil edir.
 
Əsas ixrac məhsulları ferronikel, nikel filizi və balıq, əsas alıcıları isə 30%-dən çox Çin və 15%-dən çox isə Yaponiyadar. Daha sonra Cənubi Koreya, Avstraliya, Fransa və Belçikadır.
 
Əsas idxal məhsulları isə maşın və avadanlıqlar, yanacaq, kimyəvi maddələrdir. İdxal etdiyi ölkələr arasında isə 1/3 hissədən çoxu Fransanın payına düşür. Daha sonra Avstraliya, Cənubi Koreya, Sinqapur, Malayziyadır. 
 
Göründüyü kimi bütün dünyaya mal ixrac edən Çin Yeni Kaledoniyaya əsas idxalçı arasında yoxdur. Bunun da əsas səbəbi Fransadır. Çünki, bütün sərvətləri talayan Fransa Yeni Kaledoniya daşıdığı sərvətin əvəzində çox aşağı ödənişlər edir. Daha sonra bu pulu da yenidən Fransaya qaytarmaq üçün öz 3-cü, 4-cü növ keyfiyyətsiz məhsullarını Yeni Kaledoniyaya ixrac edir. Buna görə də Yeni Kaledoniyanın idxalında uzaq Fransanın payı 40%-ə çatır, yaxınlıqdakı Çindən idxal isə cəmi 4% ətrafındadır. Halbuki, Fransanın özü Çindən 2022-ci ildə 51,75 milyard ABŞ dolları həcmində məhsul idxal edib. 
 
Buna görə də Fransa müstəmləkəçılık siyasətindən əl çəkmək istəmir. Amma mütləq bir gün Yeni Kaledoniya müstəqil olacaqdır.bənzəyən Yeni Kaledoniya Sakit okeanda, Avstraliya meterikinin şərqində, Yeni Zellandiyanın şimalında yerləşir. (Aydın görünməsi üçün ərazisini xəritədə sarı rənglə  və oxla qeyd etmişəm).
Buranı  1774-cü ildə mənim ən çox sevdiyim ingilis səyyahı Ceyms Kuk kəşf edib və öz əcdadlarının vətəni Şotlandiyanın qədim adı ilə adlandırıb.  Bundan 79 il sonra isə Fransa buranı tam zəbt edərək, öz mülkü elan edib. 
 
Fransa Yeni Kaledoniyanı həm strateji hərbi mövqeyinə görə, həm də təbii resurslarına görə caynağından buraxmaq istəmir. Çünki Yeni Kaledoniyanın iqtisadiyyatı əsasən nikel hasilatına əsaslanır. Eyni zamanda dəmir yataqları ilə zəngindir. Bundan əlavə, burada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun, mis filizlərinin yataqları var. 
 
Sənaye sahələrində nikel və dəmir mədənçıxarma, əlvan metallurgiya, balıqçılıq üstünlük təşkil edir. Turizm isə nikell hasilatından sonra ən gəlirli sahə hesab edilir. Kənd təsərrüfatında qəhvə ağacları, kokos ağacları, kartof, becərilməsi üstünlük təşkil edir.
 
Əsas ixrac məhsulları ferronikel, nikel filizi və balıq, əsas alıcıları isə 30%-dən çox Çin və 15%-dən çox isə Yaponiyadar. Daha sonra Cənubi Koreya, Avstraliya, Fransa və Belçikadır.
 
Əsas idxal məhsulları isə maşın və avadanlıqlar, yanacaq, kimyəvi maddələrdir. İdxal etdiyi ölkələr arasında isə 1/3 hissədən çoxu Fransanın payına düşür. Daha sonra Avstraliya, Cənubi Koreya, Sinqapur, Malayziyadır. 
 
Göründüyü kimi bütün dünyaya mal ixrac edən Çin Yeni Kaledoniyaya əsas idxalçı arasında yoxdur. Bunun da əsas səbəbi Fransadır. Çünki, bütün sərvətləri talayan Fransa Yeni Kaledoniya daşıdığı sərvətin əvəzində çox aşağı ödənişlər edir. Daha sonra bu pulu da yenidən Fransaya qaytarmaq üçün öz 3-cü, 4-cü növ keyfiyyətsiz məhsullarını Yeni Kaledoniyaya ixrac edir. Buna görə də Yeni Kaledoniyanın idxalında uzaq Fransanın payı 40%-ə çatır, yaxınlıqdakı Çindən idxal isə cəmi 4% ətrafındadır. Halbuki, Fransanın özü Çindən 2022-ci ildə 51,75 milyard ABŞ dolları həcmində məhsul idxal edib. 
 
Buna görə də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Amma mütləq bir gün Yeni Kaledoniya müstəqil olacaqdır”.
 
Moderator.az
Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla