AZ

Dünya Bankı ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına imkan yaradacaq - Taleh Kazımov (FOTO)

Vaşinqton. Trend:

Dünya Bankı (DB) ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütünregionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına bundan sonra daimkan yaradacaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarəHeyətinin sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondu (BVF) vəDünya Bankı Qrupunun (DBQ) Vaşinqtonda keçirilən yaz iclaslarıçərçivəsində direktorlar qrupunun iclasında çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan inklüziv və dayanıqlı artımı təminetməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qətiyyətlikurs götürüb.

"Bu baxımdan mühüm irəliləyiş əldə olunub. Son 20 il ərzindəümumdaxili məhsul (ÜDM) 5 dəfə artıb. Son iyirmi il ərzindəqeyri-neft məhsullarının ixracı təqribən 9 dəfə artıb. Qeyri-neftsektoru 2022-ci illə müqayisədə 11 faiz artaraq 3,3 milyard dollaraçatıb. Strateji valyuta ehtiyatları 68,5 milyard dollar olaraqdəyərləndirilir ki, bu da 2023-cü ildə 17 faiz artım deməkdir.Azərbaycanın cari hesab balansının profisiti 8,3 milyard dollarolub ki, bu da 2023-cü ildə ölkənin ümumi ÜDM həcminin 11,5 faizinitəşkil edir. AMB-nin proqnozlarının baza ssenarisinə əsasən,2024-cü il üzrə cari hesab balansının profisiti təqribən 7 milyarddollar, xarici ticarət profisiti isə 10,6 milyard dollarsəviyyəsində gözlənilir", - deyə Mərkəzi Bankın sədri bildirib.

T.Kazımov Azərbaycanda illik inflyasiya səviyyəsinin azaldığınıəlavə edib.

"2024-cü ilin fevral ayında 12 aylıq inflyasiya 0,8 faiz, 12aylıq baza inflyasiyası isə 1,4 faiz olub. İdxal məhsullarınınqiymətlərinə dolayı təsir son üç il ərzində Azərbaycandainlfyasiyanın əsas mənbəyi olub. Postpandemiya dövründə ticaritərəfdaşlarda inflyasiya artımı 2022-ci ilin sentyabr ayında 22faiz olmaqla pik həddə çatıb və 2023-cü il ərzində tədricən ikidəfə azalıb. Lakin üç il ərzində manatın nominal effektiv məzənnəsiildə təqribən 15 faiz artıb ki, bu da inflyasiya təzyiqininzəifləməsinin əsas amili olub. AMB 2024-cü ilin sonuna illikinflyasiyanın 5,3 faiz səviyyəsində olacağını proqnozlaşdırır", -T.Kazımov deyib.

Sədr AMB-nin pul-kredit siyasətinin transmissiyasınıngüclənməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirdiyini qeydedib.

"Buraya pul-kredit siyasətinin yeni vasitələrinin tətbiqi və pultransmissiyasının yaxşılaşdırılmsı üçün banklararası inkişafadəstək daxildir. İlk dəfə AMB pul bazarının təminatsız (AZIR -Azerbaijan Interbank Rate) və təminatlı (AINA - AZN Index Average)seqmentləri üzrə baza dərəcələrinin indekslərini dərc edib. Dövlətistiqrazları üzrə hesablanmış gəlirlilik əyrisi ilk dəfə AMB-ninsaytında dərc olunub. Bu islahatlar sayəsinidə pul bazarındabanklar arasında həm təminatsız, həm də təminatlı əqdlər üzrəmanatla nominasiya olunmuş orta çəkili faiz dərəcələri ilk dəfəolaraq Mərkəzi Bankın faiz dərəcələri dəhlizinə stabil şəkildəyerləşib. Bu islahatlar pul bazarında qısamüddətli faizdərəcələrinin digər faiz dərəcələrinə, o cümlədən depozit vəkreditlər üzrə dərəcələrə transmissiyasını gücləndirməyə davamedir", - deyə Mərkəzi Bankın sədri bildirib.

O qeyd edib ki, bu müddət ərzində maliyyə institutları, maliyyəbazarları və maliyyə infrastrukturunun sabitliyi təmin olunub.

"Bankların kapital yetərliliyi və likvidlik üzrə yüksəkmövqeləri son 2 il ərzində müvafiq olaraq təqribən 18 faiz və 60faiz olmaqla, normativlərdən iki dəfə artıqdır. Bankların son 3 ilərzində kredit portfeli ölkədə qiymət sabitliyinə zərər yetirmədənsabit şəkildə 17,9 faiz artıb. Fevral ayında kredit portfelininkeyfiyyətinin yaxşılaşdırılması sayəsində qeyri-işlək kreditlərinpayı 2,8 faizədək azalıb. Dedollarlaşma baxımından mühüm irəliləyişəldə olunub. Ev təsərrüfatlarının xarici valyutada əmanətlərifevral ayındakı əmanətlərin ümumi həcmi ilə müqayisədə 35,3faizədək azalıb", - T.Kazımov deyib.

Sədrin sözlərinə görə, AMB-nin ilk dəfə təqdim etdiyi yenistrategiyada əsas diqqət bank sektorunda nəzarət və tənzimləməprioritetlərinə, eləcədə maliyyə sektorunun inkişaf planlarınayönəldilib.

""2024-2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası"nın strateji hədəfləri maliyyə əlçatanlılığınınartırılması və maliyyə vasitələrinin şaxələndirilməsininn təşviqi,effektivliyin artırılması, şəffaflığın təmin olunması və maliyyəsektorunun dayanıqlılığının gücləndirilməsindən ibarətdir. Bazarınpeşəkar artımına dəstək bu strategiyanın özülünü təşkil edir. Bustrategiya sistematik səviyyədə iqlimlə əlaqədar risklərləmübarizədə effektiv mexanizm olacaq dayanıqlı maliyyələşdirməyəkeçidə sadiqliyimizi əks etdirir", - deyə T.Kazımov bildirib.

AMB sədri Azərbaynın bu il COP29-a ev sahibliyi edəcəyinə dətoxunub.

"2024-cü il il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"elan olunub. COP29-a ev sahibliyi etmək Azərbaycanın təkcə millideyil, həm də regional və qlobal miqyaslarda iqlim dəyişiklikləriilə əlaqədar problemlərin həllində səylərini təsdiq edir. COP29-asədr qismində rolumuz planetimizin xeyrinə olaraq, beynəlxalqtərəfdaşlarımızı iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinintəşviqinə cəlv etmək üçün mühüm imkan yaradır. COP29-daambisiyalarımızı artırmağa kömək edəcək mühüm tədbir vasitəsiolaraq, maliyyə vəsaitinə birinci dərəcəli diqqət ayrılacaq.Səmimiyyətlə inanırıq ki, Dünya Bankı ilə əməkdaşlıq təkcəAzərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatınqurulmasına bundan sonra da imkan yaradacaq", - deyə o sondadeyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Dünya
Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla