AZ

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Konfrans

Bakı, 19 aprel, AZƏRTAC

Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində Fransanın “Lill” komandasının türkiyəli futbolçusu Yusuf Yazıcının İngiltərə “Aston Villa”sına vurduğu ilk qol ən yaxşı seçilib.

Qeyd edək ki, “Lill” əsas və əlavə vaxta Premyer Liqa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlsə də, penaltilər seriyasında (4:3) məğlub olaraq mübarizəni dayandırıb.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla