AZ

Andrey Şevçenko hakimləri yalan detektorundan keçirəcək?

Ukrayna futbolunun canlı əfsanəsi, hazırda Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko maraqlı təşəbbüslə çıxış edib.

Arena.az “Corriere della Sera” dərgisinə istinadən məlumat verir ki, Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.

Xatırladaq ki, Şevçenko bu il yanvarın sonunda Ukrayna Futbol Assosiasiyasının prezidenti təyin edilib. Ukrayna futbol rəsmiləri Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsinə boş qalmış yerə yeganə namizəd olan Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyiblər. Kiyev “Dinamo”su, “Milan” və “Çelsi”nin sabiq hücumçusu Şevçenko Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.

Andrey Şevçenko Ukrayna millisinin tarixinin ən sərrast hücumçusdur. “Şeva” Ukrayna millisinin heyətində 111 oyuna 48 qol vurub, 9 məhsuldar ötürmə verib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla