AZ

Prezident İlham Əliyevin növbəti qələbəsi - Ermənistan Qazaxın 4 kəndini qaytarır

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Xüsusi vurğulanmalıdır ki, bu məsələ hələ 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən qaldırılmışdı. Ötən dövr ərzində də həmin kəndlərin qaytarılması daim gündəlikdə saxlanılıb və Azərbaycan hakimiyyəti tərəfindən bu istiqamətdə sistemli iş aparılırdı.

Prezident İlham Əliyevin siyasətinin növbəti qələbəsi olaraq bu kəndlər danışıqlar yolu iulə geri qaytarılır.

Seçilən
19
26
Mənbələr
Şərh ()
Bağla