AZ

Bakıda gənclər arasında qumar borcu üstündə qanlı dava —TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 2003-cü il təvəllüdlü Samir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Valehin (adlar şərti göstərilib – red.) bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini Samir Valehin onu iki gün öncə, 9 may 2023-cü ildə mərc oyunu nəticəsində yaranmış pul borcunu ödəməməsi ilə əlaqədar onu döyüb, sağlamlığın pozulmasına səbəb olmayan bədən xəsarətlərini yetirilməsi ilə bağlı yaranmış mübahisənin araşdırılması məqsədilə mayın 11-də, saat 19 radələrində “Mor-Mor” kafesinin yaxınlığına gəlib. 

Samirin Valehə olan borcu ilə bağlı atasına xəbərçilik etdiyinə görə təhqiredidi ifadələr işlədib, şəxsiyyətini alçatdığına görə özünü təhqir olunmuş hesab edib. O, üzərində olan mətbəx bıçağı ilə Valehin qarın nahiyəsindən bir zərbə, sonra isə boyun nahiyəsindən bir zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Valehi 1 ildir birgə yaşadıqları qəsəbədən tanıyır: “Valeh mənim yaşadığım evdən bir qədər aralıda, 78 saylı orta məktəbin yaxınlığında yerləşən yataqxanada tək yaşayır. 2023-cü ilin mart ayının ortalarından Valehin yaşadığı evdə arabir pulla 3 kartlı poker oynamışıq. Qumar oyunları nəticəsində Valehə hissə-hissə olmaqla, ümumilikdə 2000 manata yaxın pul uduzdum. Sonuncu dəfə mayın 9-da, axşam saatlarında Valehin evində sonuncu ilə kart oynadım. Oyunun sonunda Valehə 925 manat borcum yarandığı üçün oyun üstündə aramızda mübahisə yarandı. Oyunda böyük məbləğdə gediş etdiyimiz zaman Valeh qəflətən əlimdə olan kartları artıq qalan kartların üstünə (kaloda) ataraq bu oyunu düzgün saymadı. Təzədən kartların paylanılmasını və yeni oyuna keçməyi istədir. Mən də Valehin hərəkətlərinə əsəbləşərək onun əlində yüksək xal olduğu halda, əlimdəki kartları hansı səbəbə “koloda” atdığını soruşdum. Əgər Valeh kartları “kolod”a atmasa əlimdə olan xalların hesabına oyunu udaraq borcumu qaytara biləcəyimi bildirdim. Valeh bu oyunun düzgün sayılmadığını, kartların yenidən paylanmalı olduğunu dedi. Mən də Valehin bu sözlərindən əsəbləşdim. Valehə olan 925 manat məbləğində olan borcumu verməyəcəyimi bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Valeh mənə “kəs səsini küçük!” deyə təhqir etdi. Baş və bədənimə bir neçə dəfə yumruqla vurdu. Zərbələrin təsirindən yerə yıxıldım. Bunun nəticəsində bədənimin sol nahiyəsi hadisə yerində olan stolun küncünə dəyərək əzildi. Həmçinin sol qolumdan xəsarət aldım. Həmin gün Vaelhin evindən çıxaraq evimə getdim. Sabahkı gün hadisəni atama danışdım. Atam Valehə zəng etdi və hər üçümüz görüşdük. Söhbət zamanı atam bizə nəsihət verdi. Valeh də atama hörmətlə davrandı. Həmçinin Valeh atama eyni məhəllədə yaşadığımızdan 925 manat məbləğində olan borcunu bağışlayacağını bildirdi. Həmin hadisədən sonra Valehi bir daha görmədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 11-də, saat 19.00-da “E-manat”№ ödəmə terminalında smart qaz kartına pul yükləmək üçün evdən çıxıb və Kamandarın marketinə gedib: “Smart karta pul yükləyib mağazadan çıxanda Valehlə rastlaşdım. Valhe məni görüb kobud şəkildə “Əəə bura gəl!, aton hardadı? qumarda pulu uduzubsan qaytar, gedib arvad kimi atova şikayətlənirsən” deyərək üstümə gəldi. Mənim ailə üzvlərimi təhqir etdi. Valehə smart qaz kartını evə qoyub qayıdacağımı bildirdim. Yaşadığı evə gedərək qaz kartını mətbəxdə stolun üstünə qoyduqdan sonra, elə şkafın yanında mətbəx bıçağını götürdüm. Valehin yanına getdim. Mətbəx bıçağını götürməyimin Valehin fiziki cəhətdən məndən güclü olması ilə əlaqələndirərək, özümü müdafiə etmək məqsədi ilə götürdüm. Valehlə “Mor Mor” kafesinin yaxınlığında görüşdük. Valeh mənə qumar oynamağımızı atama deməyimin kişi hərəkəti olmadığını bildirdi. Məni və ailə üzvlərimi təhqir etdi. Valeh nalayiq sözlər işlətdiyinə görə, ona “kişi söyüş söyməz” dedim. Valeh mənə doğru hərəkət edərək vurmaq istədi. Bu zaman üstümdə olan mətbəx bıçağını çıxartdım. Valehi qorxutmaq üçün bıçağı ona dorğu tutdum. Buna baxmayaraq, Valeh vecinə almadan üstümə hücum çəkdi. Mən də bıçaqla Valehin qarnının sağ nahiyəsinə bir dəfə zərbə vurdum. Valeh zərbənin təsirindən əyilərək əlləri ilə qarnını tutdu. Bu hadisədən sonra əlimdə bıçaqla hərəkətsiz vəziyyətdə qaldım. Valehə vurduğum ilk bıçaq zərbənin təsirindən yerə doğru əyiləndə təsadüfən bıçaq ehtiyatsız davranmaqla ona bir dəfə də zərbə vurmuşam.Hadisə yerinə toplaşan şəxslər məni kənara doğru çəkdilər. Mən Valehin qarnından və boğazından qan gəldiyini görərək özümü itirdim. Hadisə yerinə toplaşan şəxslər avtomobillə Valehi xəstəxanaya yola saldıq. Mən həyəcanlı olduğum üçün evə qaçıb hadisəni barədə ailə üzvlərinə məlumat verdim. Atam, dayım və nənəm məni və cinayətin aləti olan mətbəx bıçağını götürərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə getdilər. Mən polis əməkdaşlarına könüllü təslim oldum”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla