AZ

Yulian Nagelsman Almaniya yığmasında qalacaq - Rəsmi

Alman Futbol İttifaqı (DFB) Almaniya yığmasının baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsman ilə müqaviləsini yeniləyib.

Arena.az bu bardə Alman Futbol İttifaqının mətbiat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalayıblar. Əvvəlki müqavilə 2024-cü il Avropa çempionatının sonuna qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Nagelsman Almaniya yığmasının sükanı arxasına ötən ilin sentyabrında təyin edilib. Bu müddətdə o, komandanı 6 oyuna çıxarıb, 3 qələbə sevinci yaşayıb, 1 heç-heçə və 2 məğlubiyyət görüb.

36 yaşlı gənc mütəxəssis karyerasının əvvəlində “Bayern”, “Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb.

Yazda mətbuatda, Nagelsmanın xidmətində “Liverpul” və “Bayern”in maraqlı olması ilə bağlı xəbərlər yayılmışdı. Alman Futbol İttifaqı müvafiq şayiələrin bundestimin düşərgəsində sağlam ab-havanı pozmasından ehtiyatlandığı üçün Nagelsmanla müqaviləsini məhz bu məqamda yeniləməyi qərara alıb.

Xatırladaq ki, bu yay Almaniyada futbol üzrə Avropa çempionatı keçiriləcək. Yulian Nagelsmanın bundestimi yarışda mübarizəsinə A qrupunda başlayacaq. Almaniya yığmasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə yığmalarıdır. Yarış iyun ayının 14-dən iyul ayının 14-dək keçiriləcək.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla