AZ

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

CFCM:

Paris, 19 aprel, AZƏRTAC

Fransada məscidləri yandırmaq cəhdləri, svastika etiketləri, irqçi ifadələr, məscid rəhbərlərinə qarşı ölüm təhdidləri kimi nifrət və düşmənçilik xarakterli hərəkətlər son dərəcə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Müsəlman Etiqadı Şurasının (CFCM) yaydığı kommunikedə bildirilir. Qeyd edilir ki, mediada irqçi antimüsəlman çıxışlara azadlıq verilib və belə hərəkətlər təşviq edilir. Müsəlmanlara qarşı hücumdan həmişəkindən daha çox gəlirli işə çevrilib.

CFCM təəssüflə vurğulayır ki, bəzi media orqanları İslamı və ərəb-müsəlman əsilli müsəlmanları pisləyənlərə və cinayətkarlara yaşıl işıq yandırır. Dini sülh yolu ilə həyata keçirən və onun müsbət imicini çatdıran müsəlmanlar isə mediaya çox nadir hallarda dəvət olunur.

“Uzun illər Fransadakı bütün müsəlmanları utandırmaq üçün bəzi insanlar “islamçılıq” ifadəsinin arxasında gizlənirlər. Bu gün aydın görünür ki, siyasi və media xadimləri İslama və müsəlmanlara açıq və birbaşa hücum edirlər.

Belə bir kontekst antimüsəlman hərəkətlərinin yayılmasının tərəfdarıdır və Fransadakı müsəlmanları “boğucu mühitə” sürükləyir. Le Monde qəzetinin dərc etdiyi sorğunun nəticələrinə görə, bu, aydın görünməkdədir. “Bu mövqeyi indi getdikcə daha çox mühacirət etməyi düşünən müsəlman inanclı minlərlə “yaxşı məskunlaşmış” fransız kişi və qadın bölüşür”, - deyə kommunikedə hazırda hətta müəyyən vəzifə tutan və ya yaxşı işlə təmin olunmuş müsəlmanların da ölkədən getmək istədiyi diqqətə çatdırılır, ölkədəki antimüsəlman vəziyyətin dözülməz olduğu vurğulanır.

Bildirilir ki, bu qeyri-sağlam mühit müsəlmanlara qarşı hərəkətlərin lazımınca qiymətləndirilməməsi deməkdir. CFCM-in də tez-tez qeyd etdiyi kimi, bir çox qurbanlar şikayət etmirlər. Daxili İşlər Nazirliyinin etirafına görə, rəsmi rəqəmlər reallıqdan xeyli yüksəkdir. Müəyyən məlumatlara çıxışı olan heç bir təşkilat onların hesablanmasına rəsmən cavabdeh deyil. Sonra bu rəqəmlər minimuma endirilir və əhəmiyyətsizləşdirilir. Həqiqətən də dini mənsubiyyətlərinə görə hücuma məruz qaldıqda, Fransadakı müsəlmanlar siyasi liderlərin digər azlıqlar kimi həmrəyliyindən faydalana bilmirlər.

“CFCM bütün bu sınaqlar qarşısında qurbanlıq perspektivində deyil, lakin o, Fransadakı müsəlmanların haqlı narahatlığını və artan iztirabını eşidir. Onun rolu 1930-cu illərin başlanğıcına layiq olan bu narahatlıq doğuran və ürək bulandıran mühitlə bağlı xəbərdarlıq etmək, onun qarşısını almaq və onunla mübarizə aparmaqdır”, - deyə Fransa Müsəlman Etiqadı Şurasının rolu bir daha xatırladılır.

Kommunikedə, həmçinin bütün bu haqsız hücumlar və çətinliklər qarşısında öz sakitliyini və ləyaqətini qorumağı bacaran Fransa müsəlmanlarının nümunəvi münasibəti alqışlanır.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla