AZ

Fransa şirkətləri Azərbaycandan ÇIXARILIR? - AÇIQLAMA

Fransa şirkətləri Azərbaycandan ÇIXARILIR? - AÇIQLAMA

Fransanın yeritdiyi qərəzli siyasət Azərbaycan ilə münasibətləri, o cümlədən regionda gedən prosesləri gərginləşdirməkdən başqa bir şeyə xidmət etmir. Xəbər vermişdik ki, Fransa səfirini Azərbaycandan geri çağırıb. Eyni zamanda ötən il Fransanın iki diplomatı ölkədən xaric edilmişdir. Bütün bunlara baxmayaraq, Fransa ölkəsinə xələl gətirəcək addımlara davam edir. Bütün bunları nəzərə alsaq, Fransa şirtkətləri ölkədən çıxarıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan digər ölkələr ilə əməkdaşlığı gücləndirməkdə maraqlı dövlətdir. Çox təəssüflər olsun ki, Fransanın siyasəti regionda əməkdaşlıq və stabilliyə deyil, gərginliyə xidmət edir:

"Bütün bunlara baxmayaraq, regionda yeni düzən formalaşıb. Bu düzən kontekstində xüsusilə biz regional dəyişikliklərin və sülhün formalaşmasını müşahidə edə bilərik. Azərbaycan və Fransanın iqtisadi dövriyyəsi 2023-cü ilə nisbətən artıb. Konkret olaraq Fransa şirkətlərinin Azərbaycandan çıxması onların verə biləcəyi bir qərardır. Azərbaycan xarici investorlar üçün münbit investisiya mühiti yaradır. Bura diskriminativ olmayan bir mühitdir. Burada məqsəd ondan ibarətdir ki, daha çox xarici investisiya cəlb olunsun. Xarici şirkətlər investisiya mühitindən istifadə etməli və fəaliyyətlərini qurmalıdır. Bizim üçün prioritet olan ölkələr var. Xüsusilə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən şirkətlərə xüsusən, şərqi Zəngəzur və Qarabağın yenidən qurulması prosesində daha çox üstünlük verirlər. Bunlara qardaş Türkiyə və dost Pakistan aiddir. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətini davam edib- etməməsi onların qəbul edəcəyi qərardır. Azərbaycan birmənalı şəkildə Fransa ilə mövcud münasibətlərə baxmayaraq xarici investisiya üçün sərmayə mühitini daha da yaxşılaşdırılacaq. 2024-cü ildə başlayan yeni dövründə əsas hədəflərindən biri investisiya mühitinin yaxşılaşdırılmasıdır".

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla