AZ

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədliyi ilə bağlı xəbərlər səngimək bilmir. Hazırda İstanbul klubunda bu postun boş olması mövzunun daha da böyüməsinə təkan verir.

Düzdür, Ağdam klubunun çalışdırıcısı mətbuat konfransında “Qarabağ”da davam etmək istədiyini bildirsə də, qardaş ölkə təmsilçisi ən ideal variant kimi azərbaycanlı çalışdırıcını görür.

Klubun İdarə Heyətinin üzvü Feyyaz Uçar futbolinfo.az-a açıqlamasında məsələni belə şərh edib: “Hazırda vəziyyət elədir ki, baş məşqçi postuna namizədlər çoxdur. Amma biz bununla bağlı müzakirələri Türkiyə Kubokundakı oyunlardan sonra aparacağıq”.

İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür isə “ARB 24” kanalına açıqlamasında Qurban Qurbanovun namizədliyini təsdiq edib: “Bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki namizədlər çoxdur. “Beşiktaş” Fernando Santosda axtardığını tapa bilmədi. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin Sərgən Yalçın kimi ön planda olan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar”.

Qeyd edək ki, “Beşiktaş” aprelin 15-də baş məşqçi Fernandu Santosla yollarını ayırıb.

Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla