AZ

DİM-də təlim təşkil edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, təlim zamanı Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun məsləhətçisi Mirzağa Yaqubzadə iştirakçılara dövlət qulluğuna dair qanunvericilikdə istifadə olunan əsas anlayışlar, dövlət orqanlarının kateqoriyaları və dövlət qulluğu vəzifələrinin təsnifatları, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının mükafatlandırılması və intizam məsuliyyəti, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər barədə məlumat verib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla