AZ

"Barselona" argentinalı dünya çempionunu transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Betis"də çıxış edən Qido Rodrigeslə maraqlanır.

Argentinalı yarımmüdafiəçi yayda azad agent kimi bu komandaya keçə bilər.

Qeyd edək ki, Qido Rodriges cari mövsüm 24 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla