AZ

Sığorta şirkətləri 2023-ü belə başa vurdu - MƏNFƏƏT-ZƏRƏR – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkətinin 2023-cü il üzrə mənfəət və zərər göstəriciləri məlum olub. 

FED.az xəbər verir ki, sığorta şirkətləri arasında ən çox gəlir əldə edən şirkət “Paşa Həyat Sığorta” şirkəti olub. Şirkət mənfəətini 2022-ci ilə nisbətən 23,2 milyon manat artıraraq 62,8 milyon manata çatdırıb.

İkinci yerdə “Paşa Sığorta” şirkəti qərarlaşıb, şirkətin mənfəəti 35,4 milyon manat olub.

19,3 milyon manat gəlir qazanaraq “Azre Təkrara Sığorta şirkəti” sığorta şirkətləri arasında 3-cü ən çox gəlir qazanan şirkət olub.

Gəlirlilik göstəricisinin minimum olduğu şirkət isə “Ata Sığorta” şirkətidir. Adı çəkilən şirkət 2023-cü ili gəlir yox əksinə zərərlə başa vurub.

Qeyd edək ki, “Ata Sığorta” şirkətindən başqa yerdə qalan 16 şirkət ili mənfəətlə başa vurub. 

Daha detallı şirkətlər və göstəricilər aşağıdakı cədvəldə :

Sığorta şirkəti

2023-cü ilin mənfəət/zərər göstəricisi (manat)

2022-ci ilin mənfəət/zərər göstəricisi (manat)

1

Paşa Həyat Sığorta

62 813 870

39 527 047

2

Paşa Sığorta

35 488 624

29 201 385

3

Azre Təkrara Sığorta

19 394 432

22 663 170

4

Xalq Sığorta

12 466 123

-12 225 937

5

Qala Sığorta

9 892 641

10 567 244

6

Qala Həyat Sığorta

7 941 300

7 842 016

7

Atəşgah Həyat 

7 488 314

8 474 088

8

Azərbaycan Sənaye Sığorta

3 586 099

-2 475 766

9

Meqa Sığorta

2 514 953

3 777 728

10

Xalq Həyat Sığorta

1 982 795

1 823 731

11

AzSığorta

1 581 721

-2 001 442

12

Meqa Həyat

1 086 045

573 935

13

A group

698 897

57 190

14

İpək Yolu Sığorta

667 290

913 199

15

Bakı Sığorta

555 792

102 674

16

Atəşgah Sığorta

436 751

-517 988

17

Ata Sığorta

-946 986

-573 355

 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla