AZ

Bu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb

Bakı. Trend:

2024-cü ilin birinci rübündə Daxili İşlər Nazirliyi vəprokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiyaiclasında nazir Vilayət Eyvazov deyib.

"Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərərvurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar,soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarındanistifadə edilməklə törədilənlər, habelə qrup halında və ailəmünaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar vəyetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqaziddəməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinəolanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin,onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların,hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqaldövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bucinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyathadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydəalınıb.

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədənmüraciətlərə baxılmasının vəziyyətinə toxunan Nazir buistiqamətlərdə nəticələrin müsbət olduğunu, cinayət yolu iləşəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizininistintaq prosesində ödənildiyini nəzərə çatdırıb", - deyə nazirqeyd edib.

Seçilən
90
4
Mənbələr
Şərh ()
Bağla