AZ

"Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir" - Arzu Babayeva

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayım zamanı parkda 87 baş ceyran qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Ağgöl Milli Parkına mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırkı vaxtda milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd müşahidə olunur.

"Bu o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir", - deyə Arzu Babayeva bildirib.

Seçilən
18
5
Mənbələr
Şərh ()
Bağla