AZ

Blinken: ABŞ İsrailin Rəfahdakı hərbi əməliyyatını dəstəkləyə bilməz

ABŞ Qəzza zolağının Rəfah şəhərində İsrailin hərbi əməliyyatına dəstək verə bilməz.

ABŞ dövlət katibi Entoni Blinken İtaliyanın Kapri adasında G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunu üzrə mətbuat konfransında jurnalistlərə bildirib.

“Biz Rəfahda böyük hərbi əməliyyatı dəstəkləyə bilmərik. Birincisi, hazırda Rəfahda təxminən 1,4 milyon insan var, onların çoxu Qəzzanın digər bölgələrindən olan qaçqınlardır. İkincisi, insanlar böyük ölçüdə hücumdan uzaqlaşdırılsa belə, Rəfahda daimi əhali var və böyük hərbi əməliyyat bu əhali üçün dəhşətli nəticələrə səbəb olacaq”,- Blinken bildirib.

O vurğulayıb ki, İsrailin Qəzzadakı məqsədlərinə başqa yollarla və belə bir hərbi əməliyyat olmadan da nail olmaq olar. O, həmçinin Təl-Əvivi anklavdakı əhali və qaçqınlara humanitar yardım göstərməyə çağırıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla