AZ

“Atletiko” afrikalı futbolçunu istəyir

“Ştutqart”ın hücumçusu Seru Qirassi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki. 28 yaşlı forvardın xidmətində “Atletiko” maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone qvineyalı futbolçunu komandasında görmək istəyir.

“Atletiko” yayda təcrübəli oyunçunun müqaviləsində yer alan 17,5 milyon avroluq sərbəstqalma məbləğini ödəyərək onu rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, “Ştitqart” Seru Qirassini mövsümün əvvəlində “Renn”dən transfer edib. Qvinaye millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 27 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla