AZ

AFFA Birinci və İkinci Liqa klublarını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci və İkinci Liqalarla bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Birinci Liqada 22-ci, İkinci Liqada isə 21-ci turun oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib:

Birinci Liqa, 22-ci tur

“İrəvan” – “Şamaxı” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” 80 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu”nun 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

İkinci Liqa, 21-ci tur

“Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şahdağ Qusar”ın futbolçusu Kənan Mirzəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şahdağ Qusar” klubu buna görə 50 manat cərimə edilib. “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununda “Lerik”in futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Lerik” buna görə 80 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” klubu 50 manat cərimə edilib.

“Ağdaş” – “Cəbrayıl” oyununda “Cəbrayıl” matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimə edilib.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla