AZ

Türkiyədə Bolqarıstandan gələn sərnişin avtobusu qəzaya düşdü – Çoxlu sayda yaralı var – FOTO

Türkiyədə Bolqarıstandan gələn sərnişin avtobusu qəzaya uğrayıb. Qəza nəticəsində 11 nəfərin yaralandığı bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Bolqarıstan dövlət nömrə nişanlı avtobusun qəzası Bolqarıstanla sərhədə yaxın olan Kırklareli şəhəri yaxınlığında baş verib. Hadisə yerindən çəkilmiş fotolarda böyük sərnişin avtobusunun yan üstə çevrildiyi görünür.

Sürücü də daxil olmaqla 11 nəfərin yaralandığı bildirilir. Sərnişinlərin ümumi sayı və hadisənin hansı şəraitdə baş verdiyini açıqlanmayıb.

“Hürriyet” nəşri yazır ki, avtobusda cəmi 11 nəfər olub və o, Bolqarıstandan Türkiyəyə doğru gəlirmiş.

Yaralılar yaxınlıqdakı şəhərlərdəki xəstəxanalara çatdırılıb və xilasetmə qrupları avtobusu evakuasiya üçün hazırlamaq üçün yerində işləri davam etdirir.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla