AZ

İbrahim Öztek : “Ermənistanın qərbli dostları ilə görüşü iğtişaşa səbəb olacaq”

“Ermənistan bu ay qərbli dostları ilə danışıqlarını getdi. Bu da regionda iğtişaşlara səbəb olacaq”

Bu sözləri Herbiand.az-a açıqlamasında Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Platformasının sədri professor İbrahim Öztek bildirib:

“Bu da Ermənistanın Rusiyaya sadiq müttəfiq olmadığını göstərdi 2020-ci ildə Qarabağ müharibəsi zamanı Avropa Birliyi və NATO-ya tərəf addımlayan Ermənistan Rusiyanın “gözündən düşdü. Ermənistanın Rusiyaya qarşı nümayiş etdirdiyi qeyri-sabit  davranışına cavab olaraq Rusiya 44 günlük müharibədə Ermənistana dəstək  olmadı və Rusiya Azərbaycanın əməliyyatına qarşı çıxmadı. Lakin müharibənin son günlərində Ermənistan tam məğlub olmaq üzrə olarkən Rusiya  irəli atıldı və iki min nəfərlik sülh qoşununu Qarabağa gətirdi”.

Professor qeyd edib ki, Rusiya addımı atmalı idi:

“Çünki Rusiya-Ukrayna  məsələsində Türkiyə və Azərbaycanın neytral mövqe tutması Rusiyanın mövqeyini gücləndirib. Bununla yanaşı, Zəngəzur dəhlizindən Rusiya da faydalanacaq. Bu qapı türklərin şərqə, yəni Orta Asiyaya açılan qapısı olacaq. Bu keçid həm də Rusiyaya üstünlük verəcək”.

Emin ŞİRVANZADƏ

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla