AZ

Stresi azaldan qidalar: sən demə, şokolad və cips...

İş və gündəlik həyatın təlaşında bəzən bədənimizə həddindən artıq stress yaşada bilərik. Bəzi insanlar stresin öhdəsindən gəlmək üçün həddindən artıq yesə də, bəziləri belə olanda heç bir şey yemir. Əslində, düzgün qidalarla stress səviyyəsini idarə etmək mümkündür.

Ölkə.Az xəbər verir ki, əksər elm adamları müasir dövrün bir parçası olan stressin öhdəsindən gəlmək üçün ən vacib şeyin sağlam qidalanma olduğuna diqqət çəkirlər.
Məsələn, stresli və bədbəxt anlarda ilk ağıla şokolad, çips kimi məhsullar gəlir. Bu məhsullar yüksək şəkər və yağ ehtiva edən qidalar olduğundan, ilkin olaraq serotonin ifraz edir və insanı daha xoşbəxt hiss edir. Bununla belə, davam edən prosesdə stressin daha da artmasına səbəb olur.

Buna görə də stressi azaltmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək lazımdır. Araşdırmalarla müəyyən edilib ki, stresi azaltmaqda ən təsirli qidalar tərkibində kalium, vitamin E və arginin olan məhsullardır.

Bu barədə türkiyəli diyetoloq Ayça Sena Yılmaz "hürriyet"ə danışıb.

“Kalium orqanizmdə mühüm rol oynayır. “Kaliumun kifayət qədər qəbulu sinir sisteminə, əzələ funksiyalarına və qan təzyiqinə müsbət təsir edərək stressin öhdəsindən gəlməyə kömək edir”.

Mütəxəssis deyib ki, kalium miqdarı yüksək olan qidalardan biri banandır və gündə bir ədəd yemək olar.

“Stress zamanı orqanizmin şəkərə ehtiyacı var. Belə bir vəziyyətdə enerjinizi artırmaq üçün banandan dəstək ala bilərsiniz. Asanlıqla həzm olunan meyvə olduğundan sinir sistemini yormadan stresin öhdəsindən gəlməyə kömək edən qidadır. Lobya, mərcimək, ispanaq, kartof və pompelmus da kaliumun mənbəyi olan qidalardır. Bunlar da həftəlik qidalanma proqramına daxil edilməlidir".

Sena Yılmazın sözlərinə görə, xüsusilə ət, qoz-fındıq, buğda, düyü, süd, qatıq, qarğıdalı və soya argininlə zəngindir:

“Bu növ qidaları qida rasionunuza əlavə etməklə siz stressi azaltmağa və əzələ yığmağa kömək edə bilərsiniz.
Antioksidant, vitaminlər və minerallar birlikdə işləyir. Stress vəziyyətlərində bədəndə sərbəst oksigen radikalları tərəfindən oksidləşdirici stress meydana gəlir. E vitamini isə hüceyrələri sərbəst radikallardan qoruyur.

Qoz, badam, fıstıq, yaşıl yarpaqlı tərəvəzlər E vitamini ilə zəngindir. Bu qidalar həm stressi , həm də onun səbəb olduğu oksidləşdirici stressin zərərini azalda bilər", - deyə o əlavə edib.

Türkiyəli diyetoloq stresi azaldan içkilərə misal kimi, içməli suyu, yaşıl çay, melisa çayı və kefiri göstərib.

Billurə

 

 

Seçilən
120
34
Mənbələr
Şərh ()
Bağla