AZ

Emeri “Aston Villa”nın yarımfinala çıxmasını şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri komandasının Konfrans Liqasının yarımfinal mərhələsinə yüksəlməsindən danışıb.

Arena.az xatırladır ki, ilk oyunda 2:1 hesablı qələbə qazanmış “Aston Villa” səfərdə “Lill”ə eyni hesabla məğlub olub.

İngiltərə təmsilçisi yalnız penaltilər silsiləsində “itlər”i mübarizədən kənarlaşdıra bilib – 4:3.

Emeri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Penaltilər silsiləsi həmişə bəxt məsələsidir. Sonda qalib gəldik, amma etiraf edirik ki, çox çətin oldu. “Lill”i təbrik edirəm, çünki onlar çox yaxşı oynadılar.

Mən İngiltərə Premyer Liqasında səviyyəmizi yüksəltməyə çalışmaqdan danışmışdım və getdikcə yaxşılaşırıq. Biz Avropada olmaq istəyirik. Konfrans Liqası, Avropa Liqası… Ümidvarıq ki, “Aston Villa” ilə Çempionlar Liqasında oynaya biləcəyik. Biz əlimizdə olan andan həzz almalıyıq, təcrübə toplamağa və daha çox nailiyyətlər əldə etmək üçün çox çalışmalıyıq”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

“Aston Villa” Avropa Konfrans Liqasının yarımfinalında “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla