AZ

Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib

Bakı. Trend:

Parisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğunadaxil olaraq binanı partladacağı ilə hədələyib.

Trend xəbərverir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadənməlumat yayıb.

"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İrankonsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmərgeyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatdadeyilir.

Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazinimühasirəyə alıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla