AZ

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?

Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı məsələyə aydınlıq gətirib:

"Qiymətlərin bahalaşmasının iki səbəbi olur. İlkin olaraq istehsalın, rəqabətin az olması və maya dəyərinin yüksək olması. Azərbaycan bu faktorların bir çoxu , demək olar ki, hər üçü mövcuddur. İstehsalda azalmalar var. Yem məhsulları kəskin bahalaşıb. Yəni ət məhsulların maya dəyi artıb. Eyni zamanda ölkədə rəqabət bağlı problemlər var. Böyük şirkətlərin bir biri ilə rəqabət apararaq qiymət aşağı salma tendesiyasını görürük. Nəticə etibarı ilə yemin baha olması və digər amillər maya dəyərinin artmasına və qiymətlərin bahalaşmasına səbəb olur. Bu isə uzun illərin tendesiyasıdır . Əgər işğaldan azad olunmuş torpaqlarda aqrar və kənd təsərrüfatına qazandırılarsa, bu sahədə ciddi və müsbət dəyişikliklər ola bilər".

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla