AZ

Baydendən İsrailə bir milyard dollarlıq dəstək

Wall Street Journal-ın məlumatına görə, ABŞ prezidenti Co Bayden İsrailə bir milyard dollar dəyərində silah tədarük etməyi planlaşdırır.

News24.az xəbər verir ki, ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası İsraillə tank sursatları, hərbi maşınlar və minaatan güllələri də daxil olmaqla 1 milyard dollarlıq yeni silah müqaviləsini nəzərdən keçirir.

Qeyd edək ki, təklif edilən silah təhvilləri, hazırda Konqresdə olan hərbi yardım müqaviləsinə əlavə olaraq, oktyabrın 7-dən bəri İsrailə edilən ən böyük silah transferlərindən biri olacaq.

ABŞ rəsmiləri, sözügedən razılaşmalara 700 milyon dollar dəyərində 120 mm-lik tank sursatının, 500 milyon dollar dəyərində taktiki maşınların və dəyəri 100 milyon dollardan az olan 120 mm-lik minaatanların təhvilinin daxil olduğunu bildirib.

Sözügedən silah dəstəyi yalnız Konqres üzvlərinin razılığı ilə verilə bilər. Təsdiq edilərsə, çatdırılma aylar və ya hətta illər çəkə bilər.

Günel Məlikzadə


Seçilən
9
41
Mənbələr
Şərh ()
Bağla