AZ

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Bişkekdə keçirilən Xəzər İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Qırğızıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, forumda çıxış edən Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, tranzit potensialını inkişaf etdirmək və işgüzar əlaqələrin qurulması üçün lazımi səylər göstərmək gərəkdir. Bildirilib ki, Qırğızıstan Çin və Azərbaycan arasında birləşdirici halqa ola bilər ki, onun vasitəsilə Türkiyə və Avropa ölkələrinə yol açılır.

“Biz gömrük proseslərini sadələşdirməli və bununla da beynəlxalq ticarətin inkişafına töhfə verməliyik”, - deyə S.İsabekov əlavə edib.

O, hər iki ölkənin işgüzar dairələrini ticarət əlaqələrini inkişaf etdirməyə çağırıb və hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla