AZ

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurmaq vacibdir. Ata və ananın mütəmadi çalışması, sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur. Digər səbəb boşanmaların, uzun müddət ər-arvad münaqişələrinin davam etməsi, ata-oğul, ana-qız münasibətlərində tənzimlənməyən hərəkətlər yeniyetmələrdə intihar halına gətirib çıxarır:

"Son dövrlərdə intihar hallarının çoxalması yeniyetmə və gənclər arasında sanki dəb halını alıb. Bunun əsas səbəblərdən biri uşaqların ailədə düzgün tərbiyə olunmamasıdır.Çox zaman valideyn övladını yaxşı yemək, paltar və məktəb ilə təmin edir və fikirləşir ki, uşaq hərtərəfli inkişaf etməlidir. Amma düşünmürlər ki , uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurmaq vacibdir. Hər gün "hara getdin, neçə qiymət aldın" deyil, "özünü necə hiss edirsən" kimi suallar verməklə, "mən yanındayam, sənin ailən hər zaman yanındadır və səni sevir" kimi kəlimələr işlədərək uşaqlarda psixoloji vəziyyəti nəzərə almalıdırlar. Çox zaman ata və ananın mütəmadi çalışması, sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur. Digər səbəb boşanmaların, uzun müddət ər-arvad münaqişələrinin davam etməsi, ata-oğul, ana-qız münasibətlərində tənzimlənməyən hərəkətlər yeniyetmələrdə intihar halına gətirib çıxarır. Çox təəssüflər olsun ki, son dövrlərdə ailələr övladının gələcəkdə akademik biliklərə sahib olmasalar, övladları yoxdur kimi psixologiyada böyüdürlər. Valideynlər "mütləq universitetə girməlisən, sənə pul xərcləyirəm, qonşunun oğlu kimi olmasan deyirlər. Təhsil sistemində düzgün aparılmayan islahatlardan biri də 9-cu sinifdə buraxılış imtahanının olmasdır. Bu da yeniyetmələrdə əsəb-stressin çox olmasına və mütəmadi hazırlıqlara getməsinə səbəb olur. Uşaqların psixoloji inkişafına səbəb olan kurslardan,idman,rəsmdən uzaq qalmasına səbəb olur. Bunlara 8-ci sinifdən sonra uşaqlar qoşula bilmirlər".


BiG.Az
Seçilən
158
24
Mənbələr
Şərh ()
Bağla