AZ

Sahibkarlar Türkiyə-Azərbaycan biznes forumuna dəvət olunurlar

Mayın 8-də Ankarada  İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək.

AZPROMO-dan FED.az-a verilən məlumata görə, tədbirdə hər iki ölkənin dövlət sektorunun təmsilçiləri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Biznes forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected]

Tel.: (+994 12) 598-01-47/48 (daxili - 3629)

Mob.: (+994 50) 739-95-38;

Əlaqələndirici şəxs: Sənan Səftərov

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla