Aprelin 19-da Türkiyənin İzmir vilayətinin Seferihisar bölgəsində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Zəlzələ qısamüddətli panikaya səbəb olub.
İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntılar olmayıb.
Aprelin 18-də Türkiyənin digər vilayəti Tokatda 5,6 bal gücündə ən güclü zəlzələ qeydə alınıb.