AZ

G7 ölkələrinin XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər

Bakı. Trend:

"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləribaşçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması iləbağlı bəyanatla çıxış ediblər.

Trend xəbərverir ki, G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülhprosesinə sadiq qalmağa çağırıb.

"Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik,sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmətprinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçünsülh prosesinə tam sadiq qalmağa çağırırıq", - bəyanatdadeyilir.

Bundan başqa, Azərbaycan və Ermənistanın 2023-cü il 7 dekabrtarixli birgə açıqlaması qeyd olunub və G7 ölkələri tərəfləri buəməkdaşlıq ruhunu qorumağa çağırıb.

Həmçinin, G7 ölkələrinin Azərbaycan və Ermənistan arasında bütünsəviyyələrdə, xüsusən müəyyən edilmiş danışıqlar mexanizmləriçərçivəsində gələcək konstruktiv təmasları dəstəkləməyə hazırolduğu bildirilib.

"Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü vəsuverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyinvacibliyini bir daha təsdiqləyirik. Regional əməkdaşlığıngenişləndirilməsi və bütün sərhədlərin, o cümlədənErmənistan-Türkiyə sərhədinin açılmasına çağırırıq", - bəyanatdaqeyd olunub.

Qeyd edək ki, təşkilatın bu mövzuya həssaslığı regionda sülhünhökm sürməsi nöqteyi-nəzərdən təqdirəlayiqdir. Sual yaranır, bəs,niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanınişğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət,sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinixatırlamır, bu barədə düşünmürdülər?

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla