AZ

Paşinyanın aparat rəhbərinin köməkçisi DÖYÜLDÜ

İrəvanda Baş nazir Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyanın köməkçisi Arman Andriasyan kafelərdən birində dava edib. 

"Unikal" xəbər verir ki, bu barərə erməni KİV məlumat yayıb. 

Məlumata görə, Andriasyan dostu Gevorq Ovannisyanla birlikdə içkili halda Vaaqn Akopyan, Hovsep Akopyan və Samvel Hovhannisyanla mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə Andriasyan döyülüb. 

Araik Arutyunyanın köməkçisi Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə ərizə təqdim edərək döyüldüyünü bildirib və buna səbəb kimi 3 nəfər tanımadığı şəxsin onu və dostunu döydüyünü bildirib. Mübahisə zamanı Andriasyan bir neçə dəfə hökumətin işçisi olduğunu bildirib. 

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, faktla bağlı cinayət işi başlanılıb. Aparılan araşdırmalar nəticəsində açıq-aşkar cinayət əməlləri törətmiş şəxslərin şəxsiyyəti müəyyən edilib. Əldə edilmiş faktlar əsasında onlara qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (qrup halında xuliqanlıq  törədilmə) və 195-ci maddəsinin 2-ci hissəsinin 5-ci maddələri ilə (fiziki müdaxilə) ittiham irəli sürülüb. 

Ağarza Elçinoğlu 

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla