AZ

ABŞ İsrailə 1 milyardlıq silah-sursat göndərəcək - İddia

ABŞ İsrailə dəyəri 1 milyard dollardan çox olan silah-sursat üçün yeni müqavilələr bağlamaq variantını araşdırır.

Yenisabah.az The Wall Street Journal-a istinadla (WSJ) xəbər verir ki, bu barədə Amerika hakimiyyətinin adı açıqlanmayan nümayəndəsi danışıb.

O WSJ bildirib: "Hazırda nəzərdən keçirilən müqavilələrə 700 milyon dollar dəyərində 120 mm-lik tank mərmiləri, 500 milyon dollarlıq hərbi maşınlar və 100 milyon dollardan az 120 mm-lik minaatan mərmiləri daxildir".

Bu mümkün tədarüklər ABŞ müttəfiqlərinin, o cümlədən İsrailin ehtiyacları üçün Konqresdə nəzərdən keçirilən təcili xərclər paketinə əlavə olaraq gəlir. Eyni zamanda, İsrailin iştirakı ilə yeni müdafiə müqavilələri təklifi İsrail tərəfinə yeni həcmdə silahların verilməsinə qarşı çıxan bəzi amerikalı konqresmenlər arasında etirazla qarşılaşa bilər.

Dövlət Departamenti və Pentaqon bu məlumatı şərh etməyib. Ağ Ev WSJ-nin bu məlumat tələbinə cavab verməyib. İsrail Müdafiə Nazirliyi də şərh verməkdən imtina edib.


Telegram kanalımız
Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla