Türkiyə Xarici işlər naziri Hakan Fidan Niderlandın Haaqa şəhərində Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.
Nazirliyin sosial media hesabında yer alan yazıya görə, Türkiyə ilə Niderland arasında 2008-ci ildən bəri təşkil edilən "10-cu Wittenburq" Konfransı çərçivəsində Niderlanda səfər edən Fidan Haaqada baş nazir Rutte ilə görüşüb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan və Rutte Türkiyə-Niderland münasibətlərini, Qəzzada son vəziyyət, Ukraynadakı hadisələr və terrorla mübarizəni müzakirə ediblər.
Mövsüm