AZ

Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi TƏKLİFİ – DETALLAR

“Bir qonşumuz Rusiya, bir qonşumuz İran dünya müharibəsinin içinə girir, Azərbaycanın strateji hədəfi özünü qorumaqdır”.

Bu fikiri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi, buna gətirən səbəblər və rəsmi Bakının bundan sonrakı hədəfini şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, proses qansız-qadasız baş verdi, Rusiyanın zəhəri Azərbaycana tökülmədi.

“Azərbaycanın suvernliyi bütün atributları ilə təmin olundu. Azərbaycanda xarici heç bir ordu qalmadı. Rusiya anlamalıdır ki, ermənini ayağında buxov edib, türk dünyası ilə münasibətləri pisləşdirməyə çalışmamalıdır. Rusiya erməni buxovunu ayağından atdı. Bunun da obyektiv, subyektiv səbəbləri var. Türkiyə ilə Azərbaycan birliyinin bölgdə söz sahibi olması və Rusiyanın gələcəkdə mənfəətlərinin təmin olunması üçün həm indiki zamanda, həm də gələcəkdə maraqlarına uyğundur”, – deyə o bildirib.

Z.Məmmədli qeyd edib ki, Azərbaycan milli maraqlarına uyğun davaranmalıdır:
“Heç kimin əbədi qardaşı, heç kimin də əbədi düşməni deyilik. Bu gün proses bizim xeyrimizə işləyirsə, aparılan siyasət doğrudur. Türkiyə Azərbaycan birgəliyinin fəaliyyəti doğrudur. Nəticə etibarı ilə gözlədiyimiz bir proses qansız-qadasız baş verdi, Rusiyanın zəhəri Azərbaycana tökülmədi.

Azərbaycan xalqını da təbrik edə bilərik ki, son 30 ildən mənfəətlə çıxan bir dövləti var. Bir qonşumuz Rusiya, bir qonşumuz İran dünya müharibəsinin içinə girir, Azərbaycanın strateji hədəfi özünü qorumaqdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri ən yüksək həddə qədər çatdırmaq lazımdır. Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinin rəsmi status alması vacibdir. Beləcə Azərbaycana qarantoyor bir dövlət olur. Dolayısı ilə NATO-nun qarantoyorluğuna keçmiş olarıq. Bunu da asta, Rusiyaya, İrana qıcıq vermədən etmək lazımdır. Rusiya qınına çəkilir. Proseslərin inkişafında türk-slavyan əməkdaşlığının qurulması görünür.

Ermənistanın Azərbaycana qarşı iddiları Paşinyan höküməti tərəfindən imtina olundu. Proseslər daha sağlam istiqamətə yönəldi. Ermənistanla düşmənçilik yox, gələcəkdə əməkdaşlıq istiqamətinə yönəlməlidir. Qərb institutları ilə dialoqlarımız dərinləşməlidir. Bizim Rusiya tərəfindən sığortamız var. İranla qarşdurmalardan anlaşma mərhələsinə keçmişik. Bu da milli mənfəətimizə uyğun məsələdir. İran, hər halda, Rusiyadan daha çox təhlükə kimi qalmaqdadır”.

Səxavət Məmməd

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla