AZ

NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahatdır

Bakı. Trend:

NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığıhaqqında" qanun layihəsinin qəbulundan narahat olub.

Trend xəbərverir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və MərkəziAsiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X" platformasındakıhesabında yazıb.

"NATO-ya üzvlük üçün namizəd olaraq, Gürcüstan üçün əsas məsələmedia azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etməkməqsədilə düzgün çərçivəyə malik olmaqdır", - o yazıb.

NATO nümayəndəsi sözügedən qanun layihəsinin geriyə doğru biraddım olduğunu və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəliaparmayacağını əlavə edib.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti "Xaricitəsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbuledib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib,müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərkediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdəqeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələbedir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanunlayihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinindeputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla