AZ

Tədqiqat başladı: Alimlər əvvəlcə balinalarla danışacaqlar, sonra isə...

ABŞ-dakı Yerdənkənar Kəşfiyyat İnstitutunun (SETI) alimləri Alyaskada bir balina ilə danışdıqlarını bildiriblər.

Publika.azxəbər verir ki, alimlər bu hadisənin yadplanetlilərlə ünsiyyət nümunəsi ola biləcəyini iddia ediblər. Balinaların su altında minlərlə kilometr məsafə qət etməyə və bir-biri ilə danışmağa imkan verən mürəkkəb səslər çıxarması məlumdur. Buna baxmayaraq səslərin dəqiq mənasını müəyyənləşdirmək hələ də çətindir.

“Onların dili mürəkkəbdir. Onlar qışqırır, inildəyir və ciyildəyirlər. Onların səsləri valehedicidir. Bu səslərin mənasını anlamağa çalışırıq", - bunu tədqiqatın müəlliflərindən biri Liza Uolker “New York Post” qəzetinə deyib.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla